Çin ABŞ-ı ədalətli mövqe nümayiş etdirməyə çağırdı

Çin Amerika Birləşmiş Ştatlarının Çin şirkətlərinə qarşı ağıllı telefon istehsalçısı "Huawei"yə  bənzər sanksiyaların tətbiqi hazırlığında olmasına reaksiya göstərərək, bu ölkəni ədalətli və bərabərhüquqlu mövqe nümayiş etdirməyə çağırdı.

1206120
Çin ABŞ-ı ədalətli mövqe nümayiş etdirməyə çağırdı

Çin Amerika Birləşmiş Ştatlarının Çin şirkətlərinə qarşı ağıllı telefon istehsalçısı "Huawei"yə  bənzər sanksiyaların tətbiqi hazırlığında olmasına reaksiya göstərərək, bu ölkəni ədalətli və bərabərhüquqlu mövqe nümayiş etdirməyə çağırdı.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq paytaxt Pekində təşkil etdiyi mətbuat konfransında ABŞ-ın Çinini video müşahidə şirkəti "Hikvision"a "Huawei" bənzər sanksiya tətbiqinə hazırlaşması məsələsi ilə bağlı: "Son zamanlarda  ABŞ-ın dəfələrlə gücündən istifadə edərək, Çin daxil olmaqla, digər ölkələrin şirkətlərini təzyiq altında saxlamasına və iftira atmasına qarşı olduğumuzu ifadə etdik" dedi.

Çinin mövqeyinin açıq və tutarlı olduğunu ifadə edən Lu:"Burada bir daha vurğulaya bilərik ki, ölkələr arasındakı ticarət və sərmayə əlaqəsi qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında qurulmalıdır" dedi.

Spiker Lu Çin şirkətlərinin bazar qaydalarına və beynəlxalq normalara uyğun gəlməsinin vacibliyini qeyd edərkən digər ölkələri də Çin şirkətlərinə qarşı ədalətli olmağa və ayrı-seçkilik etməməyə çağırdı.

ABŞ mətbuatı Vaşinqton rəhbərliyinin "Hikvision" şirkətinə sanksiyalar tətbiq etməyi düşündüyünü, bu sanksiyalarla "Hikvision"un ABŞ şirkətlərindən texnoloji avadanlıq almasına məhdudiyyətlər qoyulacağını, amerikan şirkətlərinin də bu şirkətə texnoloji avadanlıq satarkən hökumətin təsdiqini almaq məcburiyyətində qala biləcəyini yazmışdı.

Bir ili geridə buraxan ABŞ-Çin ticarət müharibəsinin ilkin mərhələsində iki ölkənin bir-birindən idxal etdikləri milyardlarla dollarlıq məhsullara əlavə gömrük tarifi qoyuldu. Sonra isə ticarət müharibəsi texnologiya şirkətlərinə də sıçradı.

Ötən gün "Google" şirkətinin verdiyi açıqlamada "Huawei" cihazlarından "Google Play" xidmətindən istifadə oluna bilinəcəyi, lakin Çindən başqa digər ölkələrdə "Huawei" ağıllı telefonlarında "Google Play Store", "Maps" və "Gmail" kimi əhəmiyyətli tətbiqlərə daxil oluna bilinməyəcəyi ifadə edildi.

"Huawei'in yaradıcısı Rin Cıngfey də dünən Çin mətbuatına verdiyi açıqlamada ABŞ-ın "Huawei"in gücünü lazımınca qiymətləndirmədiyini, "Google"un qərarının 5G texnologiyasıaı təsir etməyəcəyini bildirdi,  çip texnologiyasında daha aşağı xərclə özlərinə məxsus istehsalın olduğunu  qeyd etdi.
 



Әlaqәli Xәbәrlәr