Braziliyada kilsədə atışma olub, ölənlər var

Məlumata görə, hadisə Parakatu bələdiyyə kilsəsində baş verib.

1205940
Braziliyada kilsədə atışma olub, ölənlər var

Braziliyada kilsədə ziyarətçilər atəşə tutulub.

Məlumata görə, hadisə Parakatu bələdiyyə kilsəsində baş verib.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində kilsədə 3 nəfər ölüb. Məlumatda bildirilir ki, həmin şəxs bir müddət öncə evində nişanlısını güllələdikdən sonra kilsəyə gəlib.

Atəş açan şəxsin 39 yaşlı Rudson Araqao  Qimaraeş olduğu bildirilib. Onun Hava Qüvvələrinin keçmiş hərbçisi olduğu qeyd edilir.

Polis nümayəndəsi hadisə zamanı  kilsədə 20 nəfərin olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr