Yunanıstana məxsus təyyarələrin Şimali Makedoniya hava məkanında ilk sınaq uçuşu

Yunanıstan Silahlı Qüvvələrinə məxsus təyyarələr NATO-nun Hava Polisliyi missiyası çərçivəsində Şimali Makedoniya hava məkanında ilk sınaq uçuşlarını həyata keçirdi.

1205532
Yunanıstana məxsus təyyarələrin Şimali Makedoniya hava məkanında ilk sınaq uçuşu

Yunanıstan Silahlı Qüvvələrinə məxsus təyyarələr NATO-nun Hava Polisliyi Missiyası çərçivəsində Şimali Makedoniya hava məkanında ilk sınaq uçuşlarını həyata keçirdi.

Şimali Makedoniya Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada həmin missiya çərçivəsində ilk uçuşların olduğu və bu uçuşların Yunanıstana məxsus təyyarələr tərəfindən həyata keçirildiyi ifadə edildi.

Açıqlamada sınaq uçuşlarının Şimali Makedoniya hava məkanındakı kommunikasiya və radar sistemlərinə nəzarət məqsədilə ayrıca, NATO-nun gələcəkdəki üzvü Şimali Makedoniyanın aviasiya sahəsindəki şərtlərini yerinə yetirməsi və hazırlanması üçün keçirildiyi bildirilib.

NATO-nun Hava Polisliyi Missiyası NATO üzvü ölkələrin hava məkanının təhlükəsizliyinin təmin edilməsini məqsəd götürüb.



Әlaqәli Xәbәrlәr