İslam Әmәkdaşlıq Tәşkilatı Mәkkә sammiti ilә bağlı bәyanat verdi

İslam Әmәkdaşlıq Tәşkilatının bu ayın sonunda  Mәkkәdә keçirilmәsi planlaşdırılan 14-cü zirvә görüşündә İslam alәmindә yaşanan problemlәr gündәmә gәlәcәk.

1204095

İslam Әmәkdaşlıq Tәşkilatından verilәn mәlumatda zirvә görüşünün mayın 31-dә Sәudiyyә Әrәbistanı Kralı Salman bin Әbdülәzizin sәdrliyi ilә  keçirilәcәyi bildirilib.

‘‘Mәkkә zirvәsi: Әl-Әlә gәlәcәyә doğru’’ adı altında keçirilәcәk vә İslam Әmәkdaşlıq Tәşkilatına üzv dövlәtlәrin liderlәrinin qatılacağı yığıncaqda Fәlәstin mәsәlәsi  vә bәzi üzv dövlәtlәrdә yaşanan problemlәrlә bağlı birgә mövqeyin nümayiş etdirilmәsi gözlәnilir.

Zirvә görüşünün sonunda İslam alәmindә yaşanan  mövcud problemlәrlә bağlı birgә bәyannamә verilәcәk.

Qeyd edәk ki, Sәudiyyә Әrәbistanı Kralı Salman bin Әbdülәziz  Körfәz Әmәkdaşlıq Şurasına üzv dövlәtlәr ilә әrәb dövlәtlәrinin liderlәrinә Mәkkәdә mayın 31-dә iki fövqәladә zirvә görüşünün keçirilmәsi ilә әlaqәdar çağırış etmişdi.

Kral Salmanın tәklifinә  Bәhreyn, Birlәşmiş Әrәb Әmirliklәri, Cibuti vә Yәmәn müsbәt cavab vermişdi.

Әlaqәli Xәbәrlәr