Hollandiyada "Hədəfdə məscidlərdir" adlı kitab hazırlandı

Hollandiyada məscidlərə olan hücumların artaraq davam etməsi səbəbindən müsəlmanlar arasında yaranan narahatlıqlardan sonra "Hollandiya Diyanət Vəqfi (HDV) Araşdırma İnstitutunun təşəbbüsü və koordinasiyasında "Hədəfdə məscidlərdir" adlı kitab hazırlandı.

1204553
Hollandiyada "Hədəfdə məscidlərdir" adlı kitab hazırlandı

Hollandiyada məscidlərə olan hücumların artaraq davam etməsi səbəbindən müsəlmanlar arasında yaranan narahatlıqlardan sonra "Hollandiya Diyanət Vəqfi (HDV) Araşdırma İnstitutunun təşəbbüsü və koordinasiyasında "Hədəfdə məscidlərdir" adlı kitab hazırlandı.

Müsəlman və qeyri-müsəlman aləminin mütəxəssis alim, tədqiqatçı və hüquqşünaslarından ibarət 12 nəfərlik bir qrup tərəfindən hazırlanan kitabla ölkədəki islamofobiyanı gündəmə gətirib xalqın və xüsusilə, siyasətçilərin diqqətlərinin bu mövzu üzərində mərkəzləşdirmələri planlaşdırılır.

"Hədəfdə məscidlərdir" ktabı layihəsinə rəhbərlik edən və eyni zamanda, 2012-ci ildə çıxan "İslamofobiya və diskriminasiya" adlı kitabın da müəllifi olan Leiden Universitetindən olan tədqiqatçı  Dr. İneke van der Valk layihə barədə açıqlama verərək, bərabərliyin və din azadlığının ölkə xalqı üçün ən əhəmiyyətli təməl hüquqlardan biri olduğunu ifadə etdi.

Dr.  İneke van der Valk: "Hollandiyada müsəlmanların din azadlığı böyük bir təzyiq altındadır. Bunu son illərdə məscidlərə qarşı edilən aqressiv hərəkətlərdə görə bilirik. İldə təxminən 25 hücum həyata keçirilir. Bu səbəbdən müsəlman icmasında narahatlıqlar yaranıb" dedi.

Ktabda məscidlərə qarşı həyata keçirilən islamafobik hücumların müxtəlif aspektləri ilə birgə təhlil edildiyini vurğulayan Valk  bu çərçivədə hücumlarla əlaqədar olan neçə şəxsin məhkəməyə çıxması məsələsinin araşdırılmasının ən əhəmiyyətli mövzulardan biri olduğunu qeyd etdi.

Van der Valk bu müddətdə hüquq arxivlərində apardıqları araşdırma nəticəsində cinayətlərin təqibinin və  cəzalandırmanın məqbul səviyyədə olmadığını müəyyən etdiklərinə diqqət çəkdi.

Avropa Parlamenti (AP) seçkilərinə çox az qaldığı bir zamanda Avropadakı ultra sağ təmayülünün artmasının qayğılandırıcı olduğuna diqqət çəkən van der Valk: "Demokratiyanı cəmiyyətin həyatında ən yüksək səviyyədə tutmalı və əhəmiyyətli təməl hüquqları qorumalıyıq. İslamofobiya və diskriminasiya ilə əlaqədar apardığımız fərqli araşdırmaları və hesabatları Avropa İttifaqında da gündəmə gətirməyə çalışırıq " ifadəsini işlətdi.
 



Әlaqәli Xәbәrlәr