Qiza piramidasının yaxınlığında partlayış baş verdi

Yerli mətbuatın verdiyi məlumata əsasən...

1203969
Qiza piramidasının yaxınlığında partlayış baş verdi

  Misirin paytaxtı Qahirədə Qiza piramidasının yaxınlığında turistləri daşıyan avtobusda partlayış baş verib. İlkin məlumatlara görə, 12 nəfər yaralanıb.

  Yerli mətbuatın verdiyi məlumata əsasən, partlayış piramidalar ərazisində yeni tikilmiş Böyük Muzey yaxınlığından bir turist avtobusunun keçdiyi zaman baş verib.

  Misir Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar şərh verməyib.

  Xatırladaq ki, eyni bölgədə 2018-ci ilin sentyabr ayında bir turist avtobusu keçərkən törədilən bombalı hücum zamanı 3-ü turist olan 4 nəfər həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr