Yaponiya və İranın xarici işlər nazirləri Tokioda görüşüblər

Bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

1202450
Yaponiya və İranın xarici işlər nazirləri Tokioda görüşüblər

 

Yaponiyanın xarici işlər naziri Taro Kono iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə Yaxın Şərqdə artan gərginliyi müzakirə edib.

Bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

Görüşdə Taro Kono deyib ki, Yaponiya Yaxın Şərqdə yaranan gərginlikdən çox narahatdır və bunun aradan qaldırılması ilə əlaqədar mürəkkəb məsələlərin həllinə yardım etməyə çalışır.

Yapon nazir qeyd edib ki, İran Yaxın Şərqdə sülhün qorunması üçün nüvə razılaşmasına əməl edir. Müqavilənin davam etmsi üçün beynəlxalq dəstəyə ehtiyac var.

Məhəmməd Cavad Zərif  öz növbəsində, deyib ki, ABŞ tərəfindən gərginliyin artırılması yolverilməzdir. İranlı nazir ölkəsinin ABŞ-ın hərəkətlərinə cavab olaraq atdığı addımları nüvə razılaşması çərçivəsində öz hüquqlarının həyata keçirilməsi adlandırıb.

Eyni zamanda, Məhəmməd Cavad Zərif gərginliyin azaldılması üçün Yaponiya tərəfi ilə birlikdə işləməyə hazır olduqlarını bildirib.

Hər iki ölkənin xarici işlər nazirləri ölkələri arasında tarixboyu davam edən dostluq münasibətlərini nəzərə alaraq, problemlərin həlli istiqamətində birlikdə çalışmaq barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr