Nigeriyada silahlı hücum, 20 nәfәr hәlak olub

Bu barәdә Zamfara әyalәtinin rәsmisi Anas İsa mәlumat verib.

1202688
Nigeriyada silahlı hücum, 20 nәfәr hәlak olub

 

Nigeriyanın şimal-qәrbindә törәdilәn silahlı hücum nәticәsindә 20 nәfәr hәlak olub.

Bu barәdә Zamfara әyalәtinin rәsmisi Anas İsa mәlumat verib. Mәlumata görә, silahlılar Dar Marke, Dan Sabau vә Karya kәndlәrindә vәtәndaşlara hәdәfsiz atәş açıblar. Hücum nәticәsindә 20 nәfәrin hәlak olduğu, çox sayda adamın ağır yaralandığı  vә çox sayda evin dә  yandığı bildirilib.

Digәr tәrәfdәn Katsina әyalәtinin Polis İdarәsinin mәtbuat katibi Qambo İsah isә bölgәyә çox sayda tәhlükәsizlik xidmәti әmәkdaşının göndәrildiyini vә insidentlә bağlı araşdırmanın aparıldığını deyib.

Qeyd edәk ki, bölgәdә vaxtaşırı çobanlarla fermerlәr arasında şiddәtli qarşıdurmalar yaşanır.



Әlaqәli Xәbәrlәr