“İran yaxında bizimlə danışacaq”: D.Tramp

ABŞ administrasiyası daxilində İran siyasətiylə bağlı münaqişə yoxdur. Bu ölkənin qısa müddət ərzində bizimlə danışmağa başlayacağına inanıram. Bunu prezident Donald Tramp deyib.

1202226
“İran yaxında bizimlə danışacaq”: D.Tramp

Prezident Tramp ABŞ ilə İran arasında gərginliyin tarıma çəkildiyi bir dövrdə yerli mətbuatda İranla bağlı əks edən xəbərlərə sosial media hesabı Twitterdan sərt reaksiya verib. Vaşiqton Post (WP) və New York Times (NYT) qəzetlərinin xəbərlərinin doğru olmadığını, bu qəzetlərin xəbərlərində Ortaşərq siyasətimiz ilə əlaqəli ölkə administrasiyası daxilində münaqişə olduğu əks etdirilir. Lakin bu barədə heç bir problemimiz yoxdur. Ancaq fərqli fikirlər səsləndirilir və konkret qərarı mən qəbul edirəm. İnanıram ki İran yaxın gələcəkdə bizimlə danışmaq istəyəcək.

Xatırladaq ki, NYT qəzeti ötən gün ABŞ-nın, İran təhdidinə qarşı bölgəyə 120 min əsgər göndərməyə hazırlaşdığını irəli sürmüşdü”. Prezident Tramp isə qəzaetin xəbərini belə bir planımız yoxdur deyərək təkzib etmişdi.



Әlaqәli Xәbәrlәr