İƏT Şri-Lanka rəhbərliyini müsəlmanların təhlükəsizliyini təmin etməyə çağırdı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Şri-Lanka rəhbərliyini ölkədəki müsəlmanların təhlükəsizliyini təmin etməyə çağırdı.

1202179
İƏT Şri-Lanka rəhbərliyini müsəlmanların təhlükəsizliyini təmin etməyə çağırdı

İslam Əməkdaşlıq Təşkilatı yazılı bəyanat yaydı.

Bəyanatda Şri-Lankanın müxtəlif yerlərində müsəlmanları hədəf alan hücumların  İƏT  tərəfindən yaxından təqib edildiyi vurğulandı.

Bəyanatda Şri-Lanka rəhbərliyi ölkənin müsəlman əhalisinin təhlükəsizliyini təmin etməyə, eyni zamanda, zorakılıq, ekstremizm və ksenofobiya dalğası ilə mübarizəyə dəvət edildi.

 İƏT-in bəyanatında keçən ay ölkənin müxtəlif yerlərində kilsələrə və otellərə qarşı həyata keçirilən terror aktları da qınandı.

Qeyd edək ki, dünən səhər Şri-Lankanın paytaxtı Kolombo şəhərində müsəlmanların işlədiyi fabrik İslam əleyhiəı qruplar tərəfindən atəşə tutulub.

Ölkədə aprelin 21-də kilsələrə və otellərə edilən terror hücumlarından sonra müsəlmanlara qarşı hücumlar artıb.

İslam əleyhinə olan qruplar ötən həftə Çilav (Chilaw) şəhərində  müsəlmanlara aid  dükanları və məscidləri dağıdıblar.  Dünən Puttalam şəhərində 45 yaşındakı müsəlmanı bıçaqlayaraq öldürüblər. Bu hadisələrdən sonra komendant saatı elan edilib.

Aralarında qeyri-hökumət təşkilatlarının 3 liderinin də olduğu 72 nəfər müsəlmanlara qarşı zorakılıq aktlarında iştirak etmə, və ya zorakılığa təşviq etmə səbəbi ilə nəzarətə götürülüblər.

 

Xatırladaq ki, Şri Lankada 21 aprel tarixində xristianların Pasxa mərasimi zamanı kilsələrdə, otellərdə və üst keçiddə törədilən bombalı terror aktlarında 253 nəfər həlak olub.



Әlaqәli Xәbәrlәr