Tramp "ABŞ İran təhdidinə qarşı bölgəyə 120 min hərbçi göndərməyə hazırlaşır" iddiasını təkzib etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsinin İran təhdidinə qarşı bölgəyə 120 minlik qoşun göndərməyə hazırlaşdığı barədə iddianın yalan olduğunu söylədi.

1201374

Tramp bunu ötən gün "Nyu-York Times" (NYT) qəzetinin "ABŞ İran təhdidinə qarşı bölgəyə 120 min hərbçi göndərməyə hazırlaşır" başlıqlı xəbərinə reaksiya olaraq bildirdi.

Ağ Evin baxçasında mətbuat nümayəndələrinin suallarını cavablandıran Tramp "Nyu-York Times" qızetində dərc olunan bu xəbərlə bağlı: "Nyu-York Times"  yalan xəbərlər yazır. Mən bunu mütləq  edərdim, lakin  bunu etməyi planlaşdırmadıq. Ümidvaram ki,  planlaşdırmaq məcburiyyətində də qalmarıq. Əgər belə olsaydıq, bundan daha çox hərbçi göndərərdik".

Trampın "planlaşdırdığımız təqdirdə, daha çox qoşun göndərərdik" ifadəsi ABŞ-ın İranla hərbi qarşılaşma ehtimalını gözardı etmədiyi şəklində şərh olundu.

Tramp  "Nyu-York Times"-ın iddiasını rədd etdi, lakin Pentaqon heç bir açıqlama vermədi.

ABŞ prezidenti Donald Tramp ötən gün mövzu ilə əlaqədar verdiyi açıqlamada İranın ABŞ-a qarşı hər hansı bir hərəkət etməsi halında cavabın  "ağır" olacağını söyləmişdi.

Әlaqәli Xәbәrlәr