Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Mayk Pompeo Soçidə keçirilən görüş zamanı İranın nüvə sazişi ətrafında yaranan vəziyyəti müzakirə ediblər.

1201515
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Mayk Pompeo Soçidə keçirilən görüş zamanı İranın nüvə sazişi ətrafında yaranan vəziyyəti müzakirə ediblər.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Amerika xarici siyasət idarəsinin rəhbəri mayın 14-də ilk dəfə Rusiyaya səfər edib. O həmçinin rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb.

"Biz Amerika administrasiyasının hərəkətlərinə qarşı kritik yanaşmamızı ortaya qoyduq", — deyə Uşakov bildirib.

Onun sözlərinə görə, tərəflər söhbət zamanı İrana da çox vaxt sərf ediblər. Lakin Rusiya prezidentinin köməkçisi danışıqların detallarını açıqlamaqdan imtina edib.

Putin və Pompeonun nüvə silahların ixtisar edilməsinə dair sazişi Nyu Startla əlaqədar vəziyyəti də müzakirə etdiklərini bildirən Uşakov görüş zamanı Putinin ABŞ-ın İranın nüvə sazişindən çıxması mövzusunda Rusiyanın xəyallarının puça çıxdığını söylədiyini qeyd edib.

Uşakov Putinin Pompeo ilə Suriya, Əfqanıstan, İran, Liviya, Şimali Koreya və Venesealadakı vəziyyəti də müzakirə etdiyini bildirib.

Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi alması ilə əlaqədar məsələyə də toxunan Uşakov “Amerikalıların (S-400 sazişinin ləğvi barədə Türkiyəyə) təkidlərini bilirik. Mənə görə bir neçə ay əvvəl bürəsində razılıq əldə olunan sazişin həyata keçirilməsi prosesi sürətlə davam edir. Hazırda hər hansı nailiyyətsizlik yoxdur” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr