ABŞ-da dəniz qəzasında ölənlərin sayı 6-ya çıxıb

ABŞ-ın Alyaska ştatının cənubunda iki hidrotəyyarənin toqquşması nəticəsində həlak olanların sayı 6-ya çıxıb.

1201351
ABŞ-da dəniz qəzasında ölənlərin sayı 6-ya çıxıb

ABŞ-ın Alyaska ştatının cənubunda iki hidrotəyyarənin toqquşması nəticəsində həlak olanların sayı 6-ya çıxıb.

Sahil Mühafizəsi üzrə zabit Brian Dykens ştatın cənubundakı Ketchikan limanında lövbər salan kruiz gəmi sərnişinlərinə ətrafı gəzdirmək üçün səfərdə olan iki təyyarənin toqquşduğu qəzada itkin olan 2 nəfərin meytinin tapıldığını bildirib.

Qeyd edək ki, turistlərə Misty Fiyordlarını havadan göstərmək üçün hərəkət edən “Havilland DHC-3 otter” tipli dəniz təyyarəsi 1 pilot və 10 sərnişinilə limana geri qayıdarkən o əsnada qalxan, bir pilot və 4 sərnişinin olduğu “Havilland DHC-2 beaver” tipli daha kiçik dəniz təyyarəsinə çırpılıb.

Qəzada ilkin məlumatlara görə 1-i pilot 4 nəfərin öldüyü, 10 nəfərin yaralandığı, Kanada və Avstraliya vətəndaşı 2 nəfərin itkin olduğu bildirilmişdi.

 



Әlaqәli Xәbәrlәr