Rusiya XİN rəhbəri çinli həmkarı Uanq Yi ilə görüşdü
Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsi ilə Çin və Amerika Birləşmiş Ştatlarının yaxın dialoq qurması halında Koreya yarımadasındakı problemlərin həll edilə biləcəyini söylədi.

Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsi ilə Çin və Amerika Birləşmiş Ştatlarının yaxın dialoq qurması halında Koreya yarımadasındakı problemlərin həll edilə biləcəyini söylədi.
Rusiya xarici İşlər Naziri Sergey Lavrov çinli həmkarı Uanq Yi (Wang Yi) ilə Soçidə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransı keçirdi.
Mətbuat konfransında Moskva və Pekinin beynəlxalq təhlükəsizlik və sabitliyi möhkəmləndirmək üçün əməkdaşlıq etdiyini bildirən Lavrov iki ölkə arasında inkişaf edən ticarət əlaqələri ilə yanaşı, hərbi texniki əməkdaşlığa da əhəmiyyət verdiklərini bildirdi.
Moskva və Pekinin Koreya yarımadasındakı vəziyyətin normallaşması üçün birgə işi davam etdirmək məsələsində razılaşdığını bildirən Lavrov: "Rusya, Çin və ABŞ arasında yaxın bir üçlü dialoq qurulsa, Koreya yarımadasındakı vəziyyət daha uğurlu bir şəkildə həll oluna bilər" dedi.
Çin xarici işlər naziri Uanq Yi də Pekinin nüvə arsenalını müdafiə siyasətini qarşılayacaq səviyyədə davamlı olaraq minimum səviyyədə tutduğunu söyləyərək, nüvə silahından istifadə etməyəcəklərinə söz verdi.
Әlaqәli Xәbәrlәr

Bəzi Avropa ölkələri Şengen tətbiqini faktiki olaraq dayandırdı
Məktub göndərilən ölkələrin bir həftə içində vəziyyətlərini izah etmələri tələb olunub