Qızıl mәdәnindә torpaq sürüşmәsi, ölәn var

Bu barәdә İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin mәtbuat katibi Sutopo Purvo Nuqroho mәlumat verib.

1200808
Qızıl mәdәnindә torpaq sürüşmәsi, ölәn var

 

İndoneziyanın Qərbi Java əyalətində qeyri-qanuni olaraq işlәdilәn mәdәndә baş verәn torpaq sürüşmәsi nәticәsindә beş nәfәr hәlak olub.

Bu barәdә İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin mәtbuat katibi Sutopo Purvo Nuqroho mәlumat verib.

Onun mәlumatına görә, tәbii fәlakәtә bölgәdә davam edәn leysan yağışları sәbәb olub.

Bölgәdә aparılan axtarış-xilasetmә әmәliyyatları nәticәsindә 3 nәfәrin xilas edildiyi  bildirilib.  Mәdәndә 20 nәfәrin olduğu ehtimal edilir.

Qeyd edәk ki, axtarış-xilasetmә әmәliyyatları davam etdirilir.



Әlaqәli Xәbәrlәr