Federika Moqerini: "Avropa İttifaqı ABŞ ilə İran arasındakı gərginlikdə müzakirələrdən tərəfdir"

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ABŞ ilə İran arasındakı gərginlikdə müzakirələrdən tərəf olduğunu bildirdi.

1200558

Moqerini Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurası iclasından sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verdi.

Moqerini ABŞ-ın dövlət katibilə keçirdiyi görüşdə “Aİ-nin İranı müzakirə masasına qayıtması üçün qane etməsi”ni istəyib istəmədiyinə dair suala cavabən “Bu, Pompeo ilə görüşümüzdə tələb edildi. Bilirsiniz ki, Aİ olaraq İran məsələsi daxil hər zaman dialoq və diplomatik əlaqələrdən və müzakirələrdən tərəf olduğumuzu söyləyirik” dedi.

Federika Moqerini Pompeoya istər özünün, istərsə də bir sıra Aİ nazirlərinin İran ilə hərbi gərginliyin artırılmasından imtina etmələri barədə çağırış etdiyini bildirərək, İran rəhbərliyinin də nüvə sazişdən qaynaqlanan bütün məsuliyyətləri yerinə yetirməsinin vacibliyini dilə gətirdi.

Әlaqәli Xәbәrlәr