BMT baş katibi Yeni Zelandiyada terror aksiyaları törədilən məscidlərdə oldu
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Yeni Zelandiyada mart ayında terror aksiyalarının törədildiyi məscidlərə getdi.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Yeni Zelandiyada mart ayında terror aksiyalarının törədildiyi məscidlərə getdi.
Quterres Kristçörç (Christchurch) şəhərindəki əvvəl Nur, sonra da Linvud məscidlərinə gedərək müsəlman icmasının nüfuzlu şəxsləri və hücumların şahidləri ilə görüşdü.
Nur məscidində təxminən yarım saat olan Quterreş bir çox insan kimi təsirli hekayələrdən məyus olduğunu qeyd edərək: " Acı və kədərin təsəlli sözləri ilə keçməyəcəyini bilirəm. Buraya şəxsən sevgi və hörmət göstərmək, dəstək olmaq üçün gəlmək istədim" dedi.
Linvud məscidində də çələng qoyan Quterreş qovduğu təcavüzkara kredit kartı cuhazını və yerdən tapdığı silahı atan, vətəndaşlar tərəfindən qəhrəman elan edilən Əbdül Əziz daxil olmaqla, terror aktının şahidləri ilə görüşdü.
Əbdül Əziz BMT-nin baş katibi ilə tanış olduğuna görə iftixar hissi keçirdiyini bildirərək: " BMT baş katibinin buraya gəlməsi, kədərimizi bölüşməsi çox şey ifadə edir" deyə danışdı.
Xatırladaq ki, Yeni Zelandiyanın Kristçörç şəhərində Nur və Linvud məscidlərinə martın 15-də təşkil edilən terror hücumlarında aralarında bir Türkiyə vətəndaşının da olduğu 51 nəfər həlak olub, 49 nəfər yaralanıb.
Türkiyə vətəndaşları Mustafa Boztaş, Təməl Ataçaoğlu və Zəkəriyyə Tuyan hücumda yaralanıblar. Ağır yaralanan Zəkəriyyə Tuyan reanimasiya şöbəsində 48 gün qaldıqdan sonra vəfat edib.
Әlaqәli Xәbәrlәr

ABŞ Bəhreyn və BƏƏ-ni "Əsas Təhlükəsizlik Tərəfdaşı" kimi tanıyıb
ABŞ Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) "Əsas Təhlükəsizlik Tərəfdaşı" kimi tanıyıb.