Ağ Evdə iftar yeməyi

ABŞ Prezidenti Donald Tramp, Ramazan ayı səbəbiylə Ağ Evdə iftar yeməyi verdi.

1200647
Ağ Evdə iftar yeməyi

Ağ Evdə verilən iftar ziyafətinə müsəlman ölkələrin Vaşinqtondakı diplomatik nümayəndələri iştirak ediblər.

Prezident Trampın iftar yeməyində Türkiyəni bu ölkədəki səfirimiz Sərdar Kılıç təmsil etdi. İftardan əvvəl çıxış edən Tramp, Ramazan ayının bütün müsəlmanlar üçün əhəmiyyətli birləşdirici dəyər olduğuna diqqət çəkərək: “Dünya müsəlmanlarının müqəddəs Ramazan ayını qeyd etdikləri belə bir gündə Ağ Evin iftar yeməyinə ev sahibliyi etməsinin xoşbəxtliyini yaşayıram” deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama dövründə olmaqla 2016-cı ilə qədər təxminən 20 il Ağ Evdə ənənəvi iftar proqramları təşkil edilərkən Tramp vəzifəyə başladıqdan dərhal sonra müsəlmanlara istiqamətli açıqlamaları və atdığı addımlar ilə reaksiyalara məruz qalsa da , bir il fasilədən sonra Ağ Evdə iftar yeməyi  ənənəsini  yenidən  başlatdı.

 



Әlaqәli Xәbәrlәr