Şri-Lanka sosial media qurumlarına qadağa qoydu

Hökumətin informasiya şöbəsindən bildirilib ki...

1199889
Şri-Lanka sosial media qurumlarına qadağa qoydu

  Şri-Lankada hökumət 21 apreldə törədilən terror hadisələrindən, 12 mayda isə ölkənin bir neçə məscid və müsəlmanlara aid dükanlarına edilən hücumlardan sonra sosial media platformalarına yenidən müvəqqəti qadağa qoyub.

  Hökumətin informasiya şöbəsindən bildirilib ki, Şri-Lankanın qərbindəki sahil şəhəri Çilavdakı (Chilaw) məscidlər və müsəlmanlara aid dükanlara daşlarla hücum edilməsindən sonra ölkədəki bütün sosial media qurğularının istifadəsi müvəqqəti olaraq bağlanılıb. Açıqlamada bu işin “facebook” və bənzər sosial media səhifələrində təhdidedici mesajların qarşısını almaq üçün edildiyi yazılıb.

  Bu arada ölkənin Binqiriya, Dummalasuriya və Kuliyapitiya bölgələrində 12 mayda edilən “küçəyə çıxma yasağı” aradan qaldırılıb.

  Xatırladaq ki, Şri-Lankada 21 apreldə xristianların müqəddəs Pasxa ayini zamanı Koçikade (Kochchikade) şəhərindəki Sankt Antoni (St-Anthonys), Katanadakı Sankt-Sebastyan (St. Sebastian) və Battikalodakı (Batticalo) Məryəm Ana kilsələri ilə paytaxt Kolombodakı beş ulduzlu “Shangri-La”, “Cinnamon Grand” və “Kingsbury” otellərinə bombalı hücumlar edilmişdi. Bu hadisələrdən sonra paytaxt Kolombonun şəhərətrafı qəsəbələri Dehivaladakı qonaq evi və Dematoqodadakı üst keçid yaxınlığında partlayışlar törədilmişdi. Rəsmilər hücumlarda 253 nəfərin həyatını itirdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr