NATO-nun baş katibi Yens Stonltenberqin Liviyada tərəflərə çağırışı

NATO-nun baş katibi Yens Stonltenberq Liviyada bütün tərəfləri qarşıdurmalara son qoymağa və siyasi prosesi başlatmağa çağırdı.

1200270
NATO-nun baş katibi Yens Stonltenberqin Liviyada tərəflərə çağırışı

NATO-nun baş katibi Yens Stonltenberq Liviyada bütün tərəfləri qarşıdurmalara son qoymağa və siyasi prosesi başlatmağa çağırdı.

NATO-nun baş katib Stoltenberqin BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Qassan Selame ilə Liviyadakı təhlükəsizlik vəziyyətini müzakirə etməsinə dair yazılı açıqlama yayıldı.   

Buna görə, Stoltenberq NATO-nun Liviyadakı mövcud vəziyyətindən dərin naratlıq duyduğunu bildirərək, bütün tərəfləri toqquşmalara son qoymağa və siyasi prosesə geri qayıtmağa çağırdı.

Toqquşmaların Liviya xalqının iztirablarını artırdığına diqqət çəkən Stoltenberq məsələnin həllinin hərbi olmayacağını vurğuladı.

Stoltenberq NATO-nun təhlükəsizlik qurumları təşkil edilməsi barədə Liviyaya dəstək verməyə hazır olduğunu bildirərək, bunun Liviya hökumətindən tələb edilməsi və təhlükəsizlik vəziyyəti uyğun olacağı təqdirdə reallaşacağını ifadə etdi.

Açıqlamada BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Selamenin NATO-nun Şimali Atlantik Şurasına məlumat verdiyi, bütün müttəfiqlərin də Liviyadakı böhranın hərbi yollarla həll edilə bilməyəcəyi barədə razılaşdığı qeyd edildi.  



Әlaqәli Xәbәrlәr