Myanmada sərnişin təyyarəsi qəza enişi edib

Miami Heraldın yaydığı mәlumata әsasәn, 82 sərnişin və heyət üzvlərindən ibarət təyyarədə xəsarət alan olmayıb.

1199618
Myanmada sərnişin təyyarəsi qəza enişi edib

Myanma hava yollarına məxsus “Embraer 190” tipli təyyarə Mandalay şəhər hava limanında ön şassinin açılmaması səbəbindən qəza enişi edib.

Miami Heraldın yaydığı mәlumata әsasәn, 82 sərnişin və heyət üzvlərindən ibarət təyyarədə xəsarət alan olmayıb.

Bildirilir ki, təyyarə paytaxt Yanqondan Mandalaya uçurmuş.

Qeyd edәk ki, pilotlar enişə başlayarkən ön şassinin açılmadığını müəyyən ediblər. Pilotların ustalığı sayəsində təyyarə qəzasız eniş edə bilib.



Әlaqәli Xәbәrlәr