İran әrazisinә daxil olmağa cәhd göstәrәn 15 terrorçu mәhv edilib

Bu barәdә Pakistan Sәrhәd Qoşunlarının komandanı Muazzam Jah Ansari mәlumat verib.

1199485
İran әrazisinә daxil olmağa cәhd göstәrәn 15 terrorçu mәhv edilib

 

 

Pakistandan İran әrazisinә daxil olmağa cәhd göstәrәn 15 terrorçu mәhv edilib.

Bu barәdә Pakistan Sәrhәd Qoşunlarının komandanı Muazzam Jah Ansari mәlumat verib.

Ansari aprelin 18-dә 14 sәrnişinin qәtlә yetirilkdiyi Ormara bölgәsindә keçirilәn әmәliyyatlarla bağlı açıqlama verib.

O, әmәliyyat çәrçivәsindә İran әrazisinә daxil olmağa cәhd göstәrәn bir qrupla tәhlükәsizlik qüvvәlәri asasında qarşıdurmanın olduğunu söylәyib.  Ansari qarşıdurma nәticәsindә 15 silahlı terrorçunun mәhv edildiyini bildirib.

Pakistan Sәrhәd Qoşunlarının komandanı öldürülәn terrorçuların Ormara bölgәsindә hәyata keçirilәn terror aktında iştirak etdiklәrini ifadә edib.



Әlaqәli Xәbәrlәr