Hollandiyada açıq havada iftar yeməyi təşkil edildi

Hollandiya Diyanət Vəqfinə (HDV) aid olan Ulu məscid tərəfindən "Məscid meydanı"nda iftar yeməyi təşkil edildi.

1199207
Hollandiyada açıq havada iftar yeməyi təşkil edildi

Hollandiya Diyanət Vəqfinə (HDV) aid olan Ulu məscid tərəfindən "Məscid meydanı"nda iftar yeməyi təşkil edildi.

 Hollandiyanın Utrext ( Utrecht) şəhərindəki "Məscid meydanı" adlanan meydanda baş tutan iftar yeməyində müsəlman ailələr və həmin səmtdə yaşayan hollandiyalı sakinlər bir araya gəldilər.
 
 Hollandiya Diyanət Vəqfinə (HDV) bağlı Ulu məscid tərəfindən təşkil olunan iftar yeməyində təxminən 1400 nəfər iştirak etdi.
 
İftar proqramına müsəlman və hollandiyalılarla bərabər Bərabərlik Partiyasının millət vəkili Səlcuq Öztürk, Utrext Polis Təşkilatı, prokurorluq, meriya və müxtəlif qurumların nümayəndələri də iştirak etdilər.
 
"Məscid meydanı"nda oxunan azanla oruclarını açan insanlar iftar yeməyindən sonra məsciddə  axşam namazı qıldılar.
 
 Meydanda keçirilə iftar yeməyi insanların rəğbətini qazandı.

 Şənbə günü yenidən burada iftar proqramı təşkil ediləcək.



Әlaqәli Xәbәrlәr