BMT Kolumbiyada insan haqları müdafiəçilərinin təqib edilməsinə görə narahatdır

Birləşmiş Millətlər Təşkilatı Kolumbiyada çox sayda insan haqları müdafiəçisinin öldürülməsi, təcavüz edilməsi və təhdid edilməsinə görə narahat olduğunu bildirdi.

1199210
BMT Kolumbiyada insan haqları müdafiəçilərinin təqib edilməsinə görə narahatdır

Birləşmiş Millətlər Təşkilatı Kolumbiyada çox sayda insan haqları müdafiəçisinin öldürülməsi, təcavüz edilməsi və təhdid edilməsinə görə narahat olduğunu bildirdi.
 
 BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığının (OHCHR) sözçüsü Rupert Colville BMT-nin Cenevrə Ofisində keçirdiyi mətbuat konfransında: "Bu ilin ilk 4 ayında qeyri-hökumət təşkilatları, dövlət qurumları və milli insan hüquqları təsisatının iddialarına görə, 51 insan hüquqları müdafiəçisi və aktivistin öldürülüb" dedi.
 
 Sözçü Colville BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığının Kolumbiyadakı bürosunun bu iddiaları yaxından təqib etdiyini vurğuladı.
 
Ötən il ölkədə 115 insan haqları müdafiəçisinin öldürüldüyünün sənədləşdirildiyini deyən Colville Kolumbiyada bu il də həddindən artıq çox sayda insan haqları müdafiəçisinin öldürülməsi, təcavüz edilməsi və təhdid  edilməsinə görə narahat olduqlarını bildirdi.
 
 
 Colville Kolumbiyada geniş miqyaslı aktivist qrupunun hədəfə alındığını, bu istiqamətdə ötən il başlayan mənfi tendensiyanın 2019-cu ildə davam etməsinin narahatedici olduğunu ifadə etdi.
 
 Rupert Colville hədəf alınan aktivistlərdən bəzilərini cəmiyyət liderləri, afro-kolumbiyalılar, yerli xalq, ekoloqlar, kəndlilər, jurnalistlər, qadın haqları müdafiəçiləri və bəzi yerli siyasətçilərdən ibarət olduğunu bildirdi.
 
 Kolumbiya hökumətinə müraciət edən Colville insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təcavüz və aktları törədənlərə qarşı bütün lazımi tədbirləri görməyə çağırdı.



Әlaqәli Xәbәrlәr