Quaydo tərəfdarlarını şənbə günü mitinqə səslədi

Venesuelada hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnən müxalifət lidəri Xuan Quaydo xalqı şənbə günü mitinqə səslədi.

1198536
Quaydo tərəfdarlarını şənbə günü mitinqə səslədi

Venesuelada hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnən müxalifət lidəri Xuan Quaydo xalqı şənbə günü mitinqə səslədi.

Özünü müvəqqəti prezident elan edən Milli Məclisin sədri Quaydo paytaxt Karakasda 30 apreldə bir qrup əsgərlə çevrilişə cəhd etməsi səbəbindən həbs edilən Milli Məclisin birinci müavini Edgar Zambrano üçün ölkə miqyasında etiraz nümayişləri keçirəcəklərini bildirib.

Quaydo bunu paytaxt Karakasda keçirdiyi mətbuat konfransında deyib.

Zambranonun çevriliş cəhdində rol aldığı səbəbindən Venesuela Ali Ədalət Məhkəməsinin təlimatı ilə Bolivarçı Milli Kəşfiyyat şöbəsi tərəfindən həbs edildiyini bildirən Quaydo bunun Milli Məclisə qarşı çevriliş olduğunu irəli sürüb.

Quaydo Venesuela hökumətinin 27 aprel tarixindən sonra rəsmi olaraq ayrıldığı Amerika Dövlətləri Təşkilatı tərəfindən  Milli Məclis nümayəndəsi olaraq Qustavo Tarre Bricenonu bu çərçivədə axtardığını və vəziyyətin təşkilat tərəfindən təcili olaraq müzakirə edilməsinin vacibliyini dilə gətirib.

ABŞ Dövlət Departamenti də bu hadisə qarşısında sosial media üzərindən Zambranonun həbs edilməsinə reaksiya göstərmiş, azadlığa buraxılmayacağı təqdirdə Venesuaela hökumətinə cavab verəcəklərini bildirmişdi.



Әlaqәli Xәbәrlәr