"İranın nüvə proqramı ilə bağlı saziş bütün tərəflər üçün müsbətdir", A.Merkel

Almaniya kansleri Angela Merkel İran ilə nüvə sazişin bütün tərəflər üçün müsbət olduğunu və rəsmi Tehranın necə hərəkət edəcəyini yaxşı fikirləşməsinin vacibliyini dilə gətirdi.

1198506

Merkel Ruminıyanın Sibiu şəhərində keçirilən qeyri-rəsmi Avropa İttifaqı (Aİ) liderlər yığıncağından sonra təşkil etdiyi mətbuat konfransında müxtəlif mövzulara toxunarkən, İranın sülhpərvər həlldən tərəf olduğunu göstərə biləcəyini, bunun əlavə bir dəyəri olacağını ifadə edib.

İsraili tanımaması yaxud da Suriya və Yəməndəki fəaliyyətlərinə görə İranla aralarında ziddiyətli mövzular da olduğuna işarə edən Merkel, ancaq nüvə silahlanma mövzusunu müzakirə yolu ilə həll etməkdən tərəf olduqlarını qeyd edib.

Bu barədə ABŞ ilə nəzər zıddiyətlərinin də olduğunu vurğulayan Merkel Avropanın birgə mövqeyinin daha əhəmiyyətli olduğunu və gərginliyi dərinləşdirməkdən tərəf olmadıqlarını bildirib.

Әlaqәli Xәbәrlәr