ABŞ Şimali Koreyanın yük gəmisini müsadirə  etdi

ABŞ Şimali Koreya   kömür  daşıyan gəmisini müsadirə etməsiylə  Vaşinqtonla Pxenyan arasında yenidən soyuq küləklər əsməyə başladı.

1198538
ABŞ Şimali Koreyanın yük gəmisini müsadirə  etdi

Vaşinqton  daş kömür daşınması məqsədilə istifadə olunan gəminin  beynəlxalq sanksiyaların şərtlərini pozduğunu  irəli   sürüb  və  bu  səbəblə  müsadirə  edildiyini  bildirib.

ABŞ-ın Ədliyyə Nazirliyinin  mövzu  ilə   əlaqəli   şərhində: “ABŞ beynəlxalq sanksiyaları pozduğuna görə Şimali Koreyaya aid gəmini müsadirə  edib.  “Wise Honest” adlı gəmiyə ötən il İndoneziyada həbs qoyuldu.  Ancaq ABŞ-ın müsadirə orderi əsasında hazırda gəmi Birləşmiş Ştatlara göndərilib. Şimali Koreya gəminin mənşəyini gizlətməklə xarici alıcılara tonlarla daş kömür sataraq  sanskiyalardan yayınıb”.

 

 



Әlaqәli Xәbәrlәr