Yәhudilәr Mәscidül-Әqsaya basqın tәşkil edib

Bu barәdә Qüsd İslam Vәqfinin mәtbuat katibi Firas Dibs mәlumat verib.

1198172
Yәhudilәr Mәscidül-Әqsaya basqın tәşkil edib

 

 

İsraildә onlarla fanatik yәhudi polisin müşayiәti ilә işğal altındakı Şәrqi Qüdsdәki Mәscidül-Әqsaya basqın tәşkil etdi.

Bu barәdә Qüsd İslam Vәqfinin mәtbuat katibi Firas Dibs mәlumat verib.

Firas Dibs verdiyi yazılı açıqlamada  bildirin ki, 137 fanatik yәhudi polisin müşayiәti ilә işğal altındakı Şәrqi Qüdsdәki Mәscidül-Әqsaya basqın tәşkil etdi.

Müqәddәs Ramazan ayı münasibәtilә yüzlәrlә müsәlmanın ibadәt mәqsәdilә mәsciddә olduğuna diqqәt çәkәn Dibs fanatik yәhudilәrin provokativ hәrәkәtlәr nümayiş etdirdiyini vurğulayıb.

Radikal yәhudi camaatı İsrailin 71-ci quruluş ildönümü münasibәtilә Mәscidül Әqsaya basqın tәşkil edilmәsi ilә әlaqәdar çağırış etmişdi.

İsraildә fanatik yәhudilәr  polisin müşayiәti ilә işğal altındakı Şәrqi Qüdsdәki Mәscidül-Әqsaya tez-tez  basqın tәşkil edir. Bu sәbәblә fәlәstinlilәr ilә İsrail qüvvәlәri arasında qarşıdurmalar yaşanır.

İşğal altındakı Şәrqi Qüdsdә yerlәşәn Mәscidül Әqsa müsәlmanların ilk qiblәsi olma xüsysiyyәtinә malikdir.



Әlaqәli Xәbәrlәr