Tramp Braziliyanı "NATO üzvü olmayan əsas müttəfiq" kateqoriyasına aid etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Braziliyanı "NATO üzvü olmayan əsas müttəfiq" olaraq müəyyən etdi.

1198317
Tramp Braziliyanı "NATO üzvü olmayan əsas müttəfiq" kateqoriyasına aid etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Braziliyanı "NATO üzvü olmayan əsas müttəfiq" olaraq müəyyən etdi.
 
 ABŞ Konqresinə məktub göndərən Tramp ABŞ-Braziliya münasibətlərində mühüm bir addım atdı.
 
 Tramp məktubunda: "1961-ci ildə qəbul edilən Xarici Yardımlar Haqqında Qanunun 517-ci bölməsinə uyğun olaraq Braziliyanı NATO üzvü olmayan əsas müttəfiq olaraq müəyyən etmək niyyətimi bəyan edirəm" ifadələrini işlədir.
 
 Bu son addımın ABŞ ilə Braziliya arasında xüsusilə, müdafiə sahəsindəki əməkdaşlığı ciddi şəkildə inkişaf etdirəcəyini qeyd edən Tramp iki ölkə arasındakı koordinasiyanın daha da artacağını qeyd edir.
 
Beləliklə, Braziliya aralarında İsrail, Yaponiya, Cənubi Koreya və Avstraliyanın da olduğu "NATO üzvü olmayan əsas müttəfiq" kateqoriyasına əlavə olunan son ölkə oldu.
 
 Həmin addımla Braziliya artıq ABŞ-dan silah alımlarında prioritet ölkələr arasında olacaq , ABŞ Müdafiə Nazirliyi -Pentaqonun təşkil edəcəyi silah tenderlərində iştirak edə və ABŞ hərbi qüvvələri ilə birgə təlimlər keçirə biləcək.



Әlaqәli Xәbәrlәr