İsveçdə məsciddə kəşfiyyat aparan şəxs həbs edildi

İsveçin Höteborq şəhərində  somalililərə məxsus məsciddə kəşfiyyat apardığı zaman polis tərəfindən yaxalanan ifrat sağçıların bir üzvü həbs edildi.

1197804
İsveçdə məsciddə kəşfiyyat aparan şəxs həbs edildi

İsveçin Höteborq şəhərində  somalililərə məxsus məsciddə kəşfiyyat apardığı zaman polis tərəfindən yaxalanan ifrat sağçıların bir üzvü həbs edildi.

Bu barədə məlumatı Polis İdarəsinin sözçüsü Filip Annas verdi.

Annas Höteburqun şimalında yerləşən  Belvyu (Bellevue) məscidində şübhəli davranışlar nümayiş etdirən bir adamın nəzarətə alındığını və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyini bildirdi.

 Annas şübhəlinin sosial medyada islamafobiya məzmunu daşıyan ismarışlar bölüşdüyü səbəbindən həbs olunduğunu qeyd etdi.

 İsveç mediasının yaydığı xəbərlərdə şübhəlinin Kristian S. (45) olduğu, ifrat sağçı olan bu şəxsin sosial media hesabından "müsəlmanlara nifrət saçdığı" ifadə edilir.

 Şübhəlinin məsciddə kəşfiyyat apardığı, müsəlmanların ən izdihamlı olduğu gün ilə bağlı məlumat əldə etməyə çalışdığı, evində  axtarış zamanı avtomatik silah tapıldığı bildirilir.

 



Әlaqәli Xәbәrlәr