Avropa İranın ultimatumunu rədd etdi

Avropa İttifaqı İranı nüvə müqaviləsinə dair məsuliyyətlərini yerinə yetirməyə çağırdı, hər növ "ultimatumu" rədd etdiklərini bildirdi.

1198175
Avropa İranın ultimatumunu rədd etdi

Avropa İttifaqı İranı nüvə müqaviləsinə dair məsuliyyətlərini yerinə yetirməyə çağırdı, hər növ "ultimatumu" rədd etdiklərini bildirdi.
 
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini, Fransa xarici işlər naziri Jan-İv Le Drian (Jean-Yves Le Drian), Almaniya xarici işlər naziri Heiko Maas və Böyük Britaniya xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt) İranın nüvə müqaviləsi öhdəliklərini qismən dayandırma qərarına dair birgə bəyanat verdilər.
 
Bəyanatda Tehran rəhbərliyinin nüvə müqaviləsinə dair öhdəliklərini qismən dayandırmaq barəsindəki  açıqlamasının böyük narahatlıqla qarşılandığı qeyd edilir.
 
 Tərəflərin nüvə müqaviləsinin qorunması və tam olaraq həyata keçirilməsi məsələsində qətiyyətinin davam etdirdiyi ifadə edilən bəyanatda deyilir: "İranı indiyə qədər etdiyi kimi, nüvə müqaviləsinə dair öhdəliklərini yerinə yetirməyə davam etməyə və gərginliyi artırmaqdan çəkinməyə dəvət edirik. Hər növ  ultimatumu rədd edirik və İranın öhdəliklərini yerinə yetirib-yetirmədiyini nüvə müqaviləsi və Nüvə Silahlarını Yayılmasının Qarşısının Alınması Sazişi çərçivəsində qiymətləndirəcəyik".
 
 ABŞ-ın İrana qarşı yeni sanksiya qərarının təəssüflə qarşılandığı bildirilən bəyanatda İranla qanuni yollarla ticarət etmək istiqamətindəki işlərin qətiyyətlə davam etdiriləcəyi qeyd olundu.
 
 Xatırladaq ki, İran xarici işlər naziri Cavad Zərif Amerika Birləşmiş Ştatlarının qısa müddət əvvəl qəbul etdiyi sanksiya qərarlarından sonra ölkəsinin nüvə müqaviləsinə dair  öhdəliklərini qismən dayandırma barəsindəki qərarını açıqlamışdı.
 
 Zərif: "Nüvə müqaviləsinin 26-ci və 36-ci maddələrindəki öhdəlikləri dayandırma qərarımız ABŞ-ın 4 may tarixində qəbul etdiyi yeni sanksiya qərarı ilə bağlıdır. Bu sanksiyalarla sözügedən maddələrin reallaşması mümkün deyil. Amerikalıların İran nüvə müqaviləsinə konstruktiv yanaşmadığı və bu münasibətin davam edəcəyi aydındır" ifadəsini işlətmişdi.
 
 Açıqlamadan sonra ABŞ prezidenti Donald Tramp İranın dəmir, polad, mis və alüminium sektorlarına sanksiyanın tətbiqini nəzərdə tutan sərəncamı imzalamışdı.
 
 
 



Әlaqәli Xәbәrlәr