Almaniya XİN Suriya mәsәlәsi ilә bağlı açıqlama verdi

Almaniya Xarici İşlәr Nazirliyinin rәsmisi Berlindә keçirdiyi mәtbuat konfransında Suriya rejiminin vә müttәfiqlәrinin İdlibә endirdiyi zәrbәlәri qiymәtlәndirib.

1197751
Almaniya XİN Suriya mәsәlәsi ilә bağlı açıqlama verdi

 

 

Almaniyanın Xarici İşlәr Nazirliyinin mәtbuat katibi Kristofer Burger Suriyanın şimal-qәrbinә vә İdlibә keçәn aydan etibarәn endirilәn zәrbәlәrә görә narahat olduqlarını deyib.

Kristofer Burger mülki yaşayış mәntәqәlәrinә vә xәstәxanalara endirilәn zәrbәlәri pislәdiklәrini bildirib.

Almaniya Xarici İşlәr Nazirliyinin rәsmisi Berlindә keçirdiyi mәtbuat konfransında Suriya rejiminin vә müttәfiqlәrinin İdlibә endirdiyi zәrbәlәri qiymәtlәndirib.

Suriyanın şimal-qәrbinә vә İdlibә aprel  ayından etibarәn endirilәn zәrbәlәrә görә narahat olduqlarını deyәn Burger mülki yaşayış mәntәqәlәrinә vә xәstәxanalara endirilәn zәrbәlәri pislәdiklәrini bildirib.

Bölgәyә ‘‘çәn’’ bombaları ilә hücum edildiyini bildirәn Burger bütün tәrәflәrә gәrginliyin qarşısını almaları ilә әlaqәrar çağırış edib.

Burger bildirib ki, bu mәsәlә ilә bağlı sentyabr ayında Şoçi şәhәrindә razılığa gәlәn Rusiya vә Türkiyәnin üzәrinә xüsusi mәsuliyyәt düşür.

Burger bölgәyә endirilәn zәrbәlәr nәticәsindә Almaniya Xarici İşlәr Nazirliyi tәrәfindәn dәstәklәnәn  xәstәxananın dağıldığını vurğulayıb. O, hәmçinin qeyd edib ki, hәmin xәstәxananın koordinatları daha әvvәl Birlәşmiş Millәtlәr Tәşkilatı vasitәsilә Rusiyaya verilib.



Әlaqәli Xәbәrlәr