Yəməndə Husilərə ağır zərbə endirildi

Yəmənin Ed-Dali vilayətində Husilər ilə Yəmən ordu qüvvələri arasında şiddətli qarşıdurma baş verib. 35 Husi öldürülüb.

1197051
Yəməndə Husilərə ağır zərbə endirildi

Yəmən ordusunun rəsmi internet saytı olan “September Net”də əks edən məlumata görə “xalq müqavimət qüvvə”lərinin dəstək verdiyi hərbi birləşmələr Ed-Dali vilayətinin Katiyye rayonundakı “Hamrat” və “Tebbetul Val” ərazilərində yerləşən Husilərə hücum təşkil edib. qarşıdurmalar nəticəsində 35 Husi ölüb, 15-i yaralanıb. Onlara aid hərbi texnikalar məhv edilib. Xeyli silah-surat müsadirə olunub”.

Xatırladaq ki, uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə Husilər ilə hökumət qüvvələri arasında qarşıdurmalar baş verir.



Әlaqәli Xәbәrlәr