Mayk Pompeo İraqa gözlәnilmәz sәfәr edib

Bu barәdә İraqın xarici işlәr naziri Әli әl-Hekim şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

1197049
Mayk Pompeo İraqa gözlәnilmәz sәfәr edib

 

 

İraqın paytaxtı Bağdada gözlәnilmәz sәfәr edәn Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo bu ölkәnin baş naziri Adil Abdulmehdi vә prezidenti Behrem Saleh tәrәfindәn qәbul edilib.

Bu barәdә İraqın xarici işlәr naziri Әli әl-Hekim şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

Hekim bildirib ki, Amerika Birlәşmiş Ştatlarının  dövlәt katibi Mayk Pompeo İraq baş naziri Adil Abdulmehdi vә prezidenti Behrem Saleh ilә ayrı-ayrılıqda görüş keçirib. Görüşlәrdә ikitәrәfli münasibәtlәr, tәhlükәsizik vә terrorla mübarizә mәsәlәlәri qiymәtlәndirilib.

Pompeonun İraqlı rəsmilərlə keçirdiyi görüşdə ölkəsinin İrana tәtbiq etdiyi sanksiyaların İraqa şamil olunmadığı mәsәlәsi dә gündәmә gәlib.

Pompeo  Finlandiyada keçirdiyi  görüşlәrdәn sonra  Almaniyaya edәcәyi sәfәri lәğv edәrәk İraqa gözlәnilmәz sәfәr etmişdi.



Әlaqәli Xәbәrlәr