İraq ordusu hərbi inventarında ABŞ inhisarına son qoymaq istəyir

İraq ordusu Amerika Birləşmiş Ştatlarından daha az asılı olmağı planlaşdırır.

1197469
İraq ordusu hərbi inventarında ABŞ inhisarına son qoymaq istəyir

 
İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədri Məhəmməd Rza ölkənin rəsmi qəzeti "Əs-Sabah"a verdiyi müsahibədə: "Iraq ordusu hərbi inventarını genişləndirmək üçün Rusiya, Çin, Yaponiya və Cənubi Koreyaya yönəlməyi planlaşdırır. Burada məqsəd silahlanmanın təkcə bir ölkənin inhisarına buraxılmamasıdır" ifadələrini işlətdi.
 
 Ordu inventarındakı silahların daha çox ABŞ istehsalı olduğuna işarə edən Rza: "Lakin ABŞ-dan yeni silah alımı illərlə sürə bilər. Eyni zamanda, ABŞ İraqlı mütəxəssislər və mühəndislərin xüsusilə, tank təlimlərində iştirak etməsinə icazə vermir" dedi.
 
 İraqı 2003-cü ildə işğal edən ABŞ bu ölkənin ordusunu demək olar k,i tamamilə öz silahları ilə təchiz edib.
 
 İraq ordusundakı silahların əksəriyyəti ABŞ istehsalı olsa da, Rusiya və Cənubi Koreya istehsalı olna silahlardan da istifadə edilir.



Әlaqәli Xәbәrlәr