Donald Tramp mayın 13-dә Viktor Orbanı qәbul edәcәk

Bu barәdә Ağ Evin mәtbuat katibi Sarah Sanders mәlumat verib.

1197168
Donald Tramp mayın 13-dә Viktor Orbanı qәbul edәcәk

 

Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp Macarıstan baş naziri Viktor Orbanı mayın 13-dә Ağ Evdә qәbul edәcәk.

Bu barәdә Ağ Evin mәtbuat katibi Sarah Sanders mәlumat verib.

Donald Trampın  Viktor Orbanı mayın 13-dә Ağ Evdә qәbul edәcәyini deyәn Sarah Sanders görüşdә ricarәt, energetika vә kiber tәhlükәsizlik daxil olmaqla bir çox mәsәlәnin gündәmә gәlәcәyini deyib.  Görüşdә hәmçinin iki ölkә arasında müxtәlif sahәlәrdә  olan  әmәkdaşlıq mәsәlәsinin dә әhatәli şәkildә müzakirә edilәcәyi vurğulanıb.

Mәlumatda bildirilib ki, görüşdә iki ölkә arasındakı tәhlükәsizlik mәsәlәlәri dә Vaşinqtonda gündәmә gәlәcәk.

Miqrantlar әleyhinә açıqlamalar verәn Macarıstan baş naziri Viktor Orban Amerika Birlәşmiş Ştatlarında 2016-cı ildә keçirilәn prezident seçkilәrindә Donald Trampı dәstәklәdiyini açıqlayan ilk Avropa liderlәrindәn biridir.



Әlaqәli Xәbәrlәr