ABŞ-ın İranla əlaqədar iddiası

ABŞ ordusu İran ordusu və İranın dəstəklədiyi qüvvələrin Orta Şərqdəki əsgərlərinə hücuma hazırlaşdığını iddia etdi.

1197023
ABŞ-ın İranla əlaqədar iddiası

ABŞ ordusu İran ordusu və İranın dəstəklədiyi qüvvələrin Orta Şərqdəki əsgərlərinə hücuma hazırlaşdığını iddia etdi.

 "USS Abraham Lincoln" təyyarə gəmisinin hücum qrupu ilə bombardman vəzifə qrupunun Orta Şərqə göndərilməsilə əlaqədar suallara ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) və ABŞ Avropa Qüvvələri Komandanlığı (EUCOM) yazılı cavab verib.

Hücum və vəzifə qruplarının bölgəyə göndərilməsinin CENTCOM komandanı Kenneth MaykKenzinin tələbinə görə ABŞ müdafiə naziri vəzivəsini əvəz edən Patrik  Şanahanın (Patrick Shanahan) təsqidilə reallaşdığını bildirən CENTCOM sözçüsü polkovnik Bil Urban deyib ki, Mərkəzi Qüvvələr Komandanlığı son vaxtlarda İran və İranın dəstəklədiyi qüvvələrin bölgədəki ABŞ əsgərlərinə yönəldilmiş hücuma hazırlaşdığına dair açıq işarələr görməsinə görə hərbi qüvvə tələb etdi. Təyyarə gəmisi qrupunun bölgəyə göndərilməsi sadəcə ABŞ əsgər və mənfəətlərini qorumaq məqsədi daşıyır.

Urban “məlumat qaynaqlarını” və “məlumatların əldə edilmə metodlarını” amil kimi göstərərək İranın hücuma hazırlaşdığına dair detallarla əlaqədar məlumat verməkdən imtina edib.

Urban bölgəyə göndərilən hərbi texnikanın tədbir məqsədli olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr