“Rusiyanın Avropa Şurasında qalmasını istəyirik”

Rusiyanın Avropa Şurasında qalmasını istəyirik. Bunu Fransa prezidenti Emmanuel Macron Elysee Sarayında Avropa Şurasının Baş katibi Thorbjorn Jagland ilə görüşdükdən sonra mətbuata verdiyi açıqlamasında deyib.

1196273
“Rusiyanın Avropa Şurasında qalmasını istəyirik”

Avropa Şurasının 70 illik yubileyini xatırladan Macron: “Avropa Şurası və Rusiyanın bir-birinə ehtiyacı var. Bu səbəblə həm Rusiya həm də Şura bir-birinə qarşı öhdəliklərinə əməl etməlidir. Fransa Rusiyanın Avropa Şurasından çıxmasını istəmir”.

Jagland də öz növbəsində: “Avropa Şurasının yaranmasının 70-ci ildönümü qeyd olunun. Bunu yüksək qiymətləndiririk. Şura və Avropa İnsan Hüquqları Məhkəməsi bölgədə əhəmiyyətli rol oynayır”.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı işğalı səbəbindən Avropa Şurası Parlament Assambleyası nəzdindəki Rus nümayəndə heyətinin səs hüququ ləğv edilmişdi.



Әlaqәli Xәbәrlәr