Papa Françesko Şimali Makedoniyada səfərdədir

Katolik dünyasının ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Françesko Şimali Makedoniyaya səfər etdi.

1196814
Papa Françesko Şimali Makedoniyada səfərdədir
papa k.makedonya2.jpg
papa k.makedonya1.jpg

Katolik dünyasının ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Françesko Şimali Makedoniyaya səfər etdi.
 Skopye Beynəlxalq Hava Limanında Makedoniya prezidenti George İvanov və baş nazir Zoran Zaevin rəhbərliyindəki heyət tərəfindən qarşılanan Papa Françesko Prezident İqamətgahına getdi, İvanov və Zaev ilə ayrı-ayrılıqda görüşdü.
 Papa Françesko burada etdiyi çıxışında səfərinin Şimali Makedoniya ilə Vatikan arasında diplomatik münasibətlərin 25-ci ildönümü münasibətilə həyata keçirildiyinə görə şad olduğunu dilə gətirərək: "Ölkəniz Şərq ilə Qərb arasında körpü, mədəni axınların və bölgənin bir çox məxsusi cəhətlərinin birləşdiyi yerdir" ifadələrini işlətdi.
 Şimali Makedoniyanın müxtəlif etnoslardan və dinlərdən ibarət bir ölkə olduğuna da toxunan Papa fərqli etnik quruluşların qarışığı ilə sülh və birlikdə yaşayışın təmin olunduğunu və tolerantlıq sayısində daha yaxşı əlaqələr qurulduğunu söylədi.
 Papa Françesko bütün bunların Avropa ölkələrinə inteqrasiya yolunda böyük əhəmiyyətə malik olduğunu vurğuladı, bu inteqrasiyanın bütün Qərbi Balkan ölkələri üçün müxtəlifliyin və əsas hüquqların qorunması ilə müsbət şəkildə həyata keçirilməsini arzu etdiyini söylədi.
 Prezident İvanov da Şimali Makedoniya ilə Vatikan arasında mükəmməl münasibətlərin makedon xalqının əsrlər boyu papalığa dərin inam və ehtiramı çərçivəsində inşa edildiyini vurğulayaraq: "Ölkəmizin Avropaya inteqrasiyasını və irəliləməsini təmin edən davamlı dəstəyinizə görə minnətdarıq"dedi.
 Papa Françesko çıxışından sonra Skopyedəki Rahibə Tereza Evini də ziyarət etdi, ölkədəki dini liderlərlə bir araya gəldi.
 Papa daha sonra Makedoniya meydanında keçirilən ayinə rəhbərlik etdi.



Әlaqәli Xәbәrlәr