İsraildə təhlükəsizlik kabinetinin qərarı

İsrailin təhlükəsizlik kabineti ordunu mühasirə altındakı Qəzza zolağına yönəldilmiş bombardmanın artırılması üçün təlimat verib.

1195423
İsraildə təhlükəsizlik kabinetinin qərarı

İsrailin təhlükəsizlik kabineti ordunu mühasirə altındakı Qəzza zolağına yönəldilmiş bombardmanın artırılması üçün təlimat verib.

“Yediot Aharanot” qəzetinin təhlükəsizlik qaynaqlarına əsaslandırdığı xəbərə görə, təhlükəsizlik kabineti Qəzzada dərinləşən gərginliyi müzakirə etmək üçün yığıncaq keçirib. Kabinet orduya Qəzza zolağına yönəldilmiş bombardmanın artırılması və Qəzza zolağı ətrafındakı hərbi hissələrə əlavə hərbçilər göndərilməsi təlimatı verib.

İsrailin baş naziri Binyamin Netanyahu dünən yaydığı açıqlamada orduya Qəzza zolağındakı qruplara qarşı genişmiqyaslı hücumların davam etdirilməsi üçün göstəriş verdiyini bildirmişdi.

İsrail-Qazza arasındakı gərginlik Qəzza zolağında cümə günü snayperlər atəşilə 2 İsrail əsgərinin yaralanmasından sonra bölgədə gərginlik artmışdı. İsrail tərəfindən mülki yaşayış məntəqələrinə istiqamətli həyata keçirilən hava hücumlarına cavab olaraq Qəzza tərəfindən raketlə atəş açılmışdı.

Bu əhvalatlardan sonra İsrail ordusu srağa gün mühasirə altında olan Qəzza zolağından xeyli sayda raket atılmasını amil kimi göstərərək döyüş təyyarələrilə bölgəyə hava hücumu başlatmışdı.

Hücum nəticəsində bir fələstinlinin şəhid olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr