Donald Tramp müsəlmanları təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik etdi.

1195846
Donald Tramp müsəlmanları təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik etdi.

Ağ ev tərəfindən yayılan təbrikdə Tramp Ramazan ayının müqəddəs Quranın Məhəmməd Peyğəmbərə nazil edildiyi zaman qeyd olunduğunu bildirib. ABŞ prezidenti təbrikində deyib ki, Ramazan ayı boyunca müsəlmanlar şəfəqdən gecəyə qədər oruc saxlayır, Qurandan surələr oxuyur və başqa insanlara qarşı xeyirxah əməllər edirlər.

Tramp insanların Ramazan ruhunda, daha ahəngdar və hörmətli cəmiyyətə nail ola bilmələrini qeyd edib və birinci xanım Melania Trampın da təbriklərə qoşulduğunu bildirib.

Qeyd edək ki, Tramp 2017-ci ildə prezident vəzifəsinə başlayandan bu yana bəzi müsəlman ölkələrinin vətəndaşlarına ABŞ-a giriş qadağası qoyması, ölkə daxilində islamofobiyanın artmasına zəmin hazırlaması, Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı səbəblərindən tənqid edilir.



Әlaqәli Xәbәrlәr