Çin ABŞ və Rusiya ilə üçlü danışıqlarda iştirak etməyəcək

Çinin Xarici İşlər Nazirliyinin sözcüsü Qen Şuan açıqlama verib...

1196004
Çin ABŞ və Rusiya ilə üçlü danışıqlarda iştirak etməyəcək

  Çin Amerika Birləşmiş Ştatları və Rusiya ilə keçiriləcək üçlü nüvə silahları danışıqlarında iştirak etməyəcək.

  Çinin Xarici İşlər Nazirliyinin sözcüsü Qen Şuan (Geng Shuang) nüvə silahlarının məhdudlaşdırılması ilə əlaqədar ABŞ və Rusiya ilə aparılacaq yeni danışıqlara Çinin daxil olmayacağını açıqlayıb.

  O bildirib ki, Çinin malik olduğu nüvə varlığı milli təhlükəsizlik ehtiyacları ABŞ və Rusiya ilə müqayisə olunmayacaq dərəcədə aşağı səviyyədədir. Digər tərəfdən isə Çin hər zaman nüvə silahlarının tamamilə qadağan və ya məhv edilməsi tərəfdarıdır.



Әlaqәli Xәbәrlәr