Beynəlxalq Mətbuat İnstitutu (İPİ) İsraili qınadı

Beynəlxalq Mətbuat İnstitutu (İPİ) İsrail ordusunun Qəzza zolağında “Anadolu” xəbər agentliyi nin ofisinin də yerləşdiyi hücumu qınadı.

1196025
Beynəlxalq Mətbuat İnstitutu (İPİ) İsraili qınadı

Beynəlxalq Mətbuat İnstitutu (İPİ) İsrail ordusunun Qəzza zolağında “Anadolu” xəbər agentliyinin ofisinin də yerləşdiyi hücumu qınadı.

Mərkəzi qərargahı Avstriyanın paytaxtı Vyanada olan İPİ-dən yayılan açıqlamada “Anadolu” xəbər agentliyinin ofisinin də yerləşdiyi Qəzzadakı binanın İsrail hava qüvvələri tərəfindən 5 raketlə vurulduğu öə əldə edilən məlumata görə yaralı olmadığı ifadə edilib.

 İPİ-nın dünya miqyasında jurnalistlərin azadlığı üçün fəaliyyətlər yürütdüyü qeyd edilən açıqlamada “İsrailin 4 mayda Qəzzada   “Anadolu” xəbər agentliyinin ofisinin də yerləşdiyi binanın yıxılmasına səbəb olan hava hücumunu qınayırıq” ifadəsi yer alıb.

Açıqlamada həmçinin İPİ-nin Hüquq şöbəsini müdiri Ravi R.Parasadın “Jurnalistlər və media quruluşları bir qarşıdurmada əsla qəbul edilə biləcək hədəflər deyildir” ifadəsi əks olunub.



Әlaqәli Xәbәrlәr