Tramp Şimali Koreya və Rusiya prezidentləri barədə açıqlama verdi

“Twitter” hesabından açıqlama verən Tramp yazıb...

1195217
Tramp Şimali Koreya və Rusiya prezidentləri barədə açıqlama verdi

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Şimali Koreya başçısı Çen İnin (Kim Jong) nüvə proqram mövzusunda ona verdiyi sözü pozacaq heç bir şey etməyəcəyinə inandığını deyib.

  “Twitter” hesabından açıqlama verən Tramp yazıb:

  “Bu maraqlı dünyada hər şey mümkündür. Ancaq mən Kim Çem İnin Şimali Koreyanın iqtisadi potensialını anladığına və buna qarşı bir şey etməyəcəyinə inanıram. Kim yanında olduğumu bilir və mənə verdiyi sözü pozmaq istəmir. Müqavilə olacaq".

  Trampın bu açıqlamasının Cənubi Koreya ordusunun Şimali Koreyanın bir raket atdığını müəyyən etdiklərini çatdırmasından sonra gəlməsi diqqət çəkir. Çünki Cənubi Koreya ordusu Donald Trampın bu paylaşmasından bir neçə saat əvvəl Şimali Koreyanın bir neçə qısa mənzilli raket atdığını bildirmişdi.

  Bundan başqa, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putinlə olan telefon söhbətinə dair də sosial mesaj paylaşaraq bildirib:

  “Mayın 4-də Rusiya prezidenti Putinlə çox yaxşı bir telefon söhbətimiz oldu. Yalan xəbər mediasında gördükləriniz və oxuduqlarınıza baxmayaraq, Rusiya ilə yaxşı münasibətlər üçün böyük potensial var. Baxın, sizi Rusiya ilə gizli müqavilə (Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə qarışdığı iddiaları) məsələsində necə çaşdırdılar. Halbuki dünya daha təhlükəsiz bir yer ola bilər".  



Әlaqәli Xәbәrlәr