Braziliyaya naməlum yollarla keçən venesuelalıların sayı artıb

...Halbuki Maduro hökuməti 21 fevralda Braziliya sərhədini bağlayıb.

1194579
Braziliyaya naməlum yollarla keçən venesuelalıların sayı artıb

  Ölkələrində baş verən son hadisələrlə əlaqədar Braziliyaya keçən venesuelalıların sayı həftə ərzində artıb.

  Braziliya ordusundan verilən məlumata əsasən, ölkənin şimalındakı Roraima əyalətindəki bir nəzarət məntəqəsində 30 aprel və 1 may tarixlərində 1418 venesuelalı qeydiyyata alınıb. Bildirildiyinə görə, bu rəqəm bundan əvvəlki həftə üç qat artıq idi.

  Braziliyadakı Birləşmiş Millətlər Təşkilatı (BMT) ofisinin məlumatına görə isə fevral ayından ölkəyə gündə orta hesabla 474 venesuelalı gəlir. Halbuki Maduro hökuməti 21 fevralda Braziliya sərhədini bağlayıb. Görünür, Venesuela qaçqınları Braziliyaya keçmək üçün alternativ yollar tapıb.

  Qeyd edək ki, Venesuelada 3-4 ildir davam edən iqtisadi böhran və siyasi qarşıdurmalar minlərlə adamın qonşu ölkələr - Kolumbiya və Braziliyaya köç etməsinə səbəb olub.



Әlaqәli Xәbәrlәr