ABŞ vә Rusiya prezidentlәri arasında telefon danışığı olub

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

1194797
ABŞ vә Rusiya prezidentlәri arasında telefon danışığı olub

 

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, söhbət 1,5 saat davam edib.

Bununla yanaşı, Ağ Evin mətbuat katibi Sarah  Sanders də tərəflərin Şimali Koreya və Venesueladakı vəziyyəti, ABŞ, Rusiya və Çin arasında imzalanması ehtimal edilən yeni nüvə sazişi ilə bağlı məsələləri, həmçinin ABŞ-da 2016-ci il seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran xüsusi müstəntiq Robert Müllerin məruzəsinə dair fikir mübadiləsi apardıqlarını bildirib.

Mәlumata görә, Tramp Putinlə keçirdiyi telefon danışığından razı qalıb.

 Bu barədə o, "Tvitter" sosial şəbəkəsində yazıb.

"Rusiya prezidenti Putinlə çox uzun və yaxşı söhbət apardıq. Hər zaman dediyim ki, - Rusiya, Çin və digərləri ilə dostluq etmək çox yaxşıdır, pis deyil", - deyə Tramp bildirib.

Digər paylaşımında Donald  Tramp Rusiya prezidenti ilə keçirdiyi danışığı "məhsuldar" adlandırıb.



Әlaqәli Xәbәrlәr