"Çevriliş cəhdini ABŞ planladı", Maduro

"Venesuelada 1 mayda baş verən çevriliş cəhdi ABŞ tərəfindən planlaşdırıldı". Bunu dövlət başçısı Nikolas Maduro deyib.

1193430
"Çevriliş cəhdini ABŞ planladı", Maduro

  "Venesuelada 1 mayda baş verən çevriliş cəhdi ABŞ tərəfindən planlaşdırıldı". Bunu dövlət başçısı Nikolas Maduro deyib.

  Nikolas Maduro paytaxt Karakasda Prezident Aparatı Sarayının qarşısındakı Sukre prospektində 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətiylə olan tədbirdə etdiyi çıxışında deyib:

  "İşçi qardaşlarım, 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik günündə daha bir xain çevriliş cəhdi uğursuzluqla nəticələndi. Bu, Venesuela xalqının vətənini və inqilabını qoruyacağının göstəricisidir. Xainlər zorakılıqla keçmiş dövlət başçısı Huqo Çavezi vəzifədən kənarlaşdıra bilmədikləri kimi bizə də qalib gələ bilməyəcəklər. Çevriliş cəhdinin əsas planlayıcısı Amerikadır. Avropa mətbuatı da bunu təsdiq edir. Əldə etdiyimiz məlumatlara görə, ABŞ rəhbərliyi, xüsusilə Çili, Braziliya, Argentina və Kolumbiya hökumətlərindən çevriliş cəhdinə dəstək vermələrini istəyib.”



Әlaqәli Xәbәrlәr