Tramp "New York Times" qəzetinə reaksiya göstərdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun "Trampı arxasından sürüyən rəhbər köpək" olaraq təsvir edildiyi karikaturu nəş edənr "New York Times" (NYT) qəzetinə reaksiya göstərdi.

1192400

Tramp ondan üzt isməyən qəzeti "ən aşağı jurnalistika səviyyəsi" deyə səciyyələndirdi.

Donald Tramp "Twitter" hesabından verdiyi açıqlamada tez-tez "yalan xəbərlər" yaymaqda ittiham etdiyi "New York Times"  qəzetini tənqid etdi.

ABŞ prezidenti bu ifadələri işlətdi: "New York Times qorxunc antisemit karikatura üçün üzr istədi, lakin məndən bu karikatura ilə bağlı, ya da hər gün haqqımda yaydığı digər yalan və əxlaqsız xəbərlərə görə üzr istəmədi. Bu qəzet 'jurnalistika sahəsində ən aşağı səviyyəyə endi və qəzet şübhəsiz ki, tarixinin ən alt bir nöqtəsindədir".

Qeyd edək ki,"New York Times" qəzetinin cümə axşamı günü çıxan sayında dərc olunan bir karikaturada İsrail baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampı "arxasından sürüyən bir rəhbər köpək" kimi təsvir edilmişdi.

Sosial media istifadəçiləri karikaturanı "antisemit" xarakterdə olduğunu səbəb göstərərək tənqid etdilər və "New York Times" qəzetinə reaksiya göstərdilər.

Qəzet şənbə günü çıxan sayında üzr istədi, sözügedən karikaturada "antisemit metaforalar" olduğunu bildirərək:"Bu, çirkin bir görüntü idi və nəşr olunmasına icazə verilməsi səhv bir qərar idi" deyildi.

Әlaqәli Xәbәrlәr