Kuba və Boliviyav Venesuelada çevriliş cəhdinə reaksiya verdi

Kuba və Boliviya, Venesuelada özünü "müvəqqəti prezident" elan edən Milli Məclisin rəhbəri Juan Quaidonun rəhbərlik etdiyi çevriliş cəhdinə müxalif olduqlarını, mövzud hökumətə dəstəklərinin davam edəcəyini bildirib.

1192856
Kuba və Boliviyav Venesuelada çevriliş cəhdinə reaksiya verdi

Kuba prezidenti Miguel Diaz-Canel və Boliviya prezidenti Eva Morales sosial media hesablarından çevriliş cəhdiylə bağlı məlumat yayıblar.

Diaz-Canel: "Venesuelanın küçələrində terrorun yaranmasına gətirib çıxaran çevriliş cəhdini qınayır və Venesuela xalqının yanında yer almaqda davam edirik”.

Morales: " Venesuelada xarici maraqlara xidmət edən çevriliş cəhdini qınayır qardaş Maduro və dost Venesuela xalqı ilə həmrəy olduğumuzu  bildiririk.

 Ağ Evdən yayılan bəyanatda, prezident Donald Trampa vəziyyətə dair milumat verildiyi və Venesuelada cərəyan edən prosesin izlənildiyi vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr