İran sanksiyalarının artırılması ABŞ üçün təhlükəli bir miqyas alıb

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp rəhbərliyinin İrana daha çox sanksiya tətbiq etməsi halında ölkəsini yeni bir müharibəyə sürükləyə biləcəyi bildirildi.

1191605
İran sanksiyalarının artırılması ABŞ  üçün təhlükəli bir miqyas alıb

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp rəhbərliyinin İrana daha çox sanksiya tətbiq etməsi halında ölkəsini yeni bir müharibəyə sürükləyə biləcəyi bildirildi.

ABŞ-da dərc olunan "Washington Post" qəzetinin səhifələrində yer alan bir məqalədə ötən il Livan Hizbullahına gedən maliyyəni kəsmək üçün İran neftinə sanksiya tətbiq edərək və Çin, Hindistan, Türkiyə, Cənubi Koreya və Yaponiya kimi böyük alıcı ölkələri bu tətbiqdən kənarda tutaraq onların nəbzini yoxlayan Trampın Tehran rəhbərliyinin buna səssiz qalmasından güc aldığı, indi də həmin ölkələrin İrandan neft almalarını dayandırmaları üçün onlara qarşı təzyiqlərə başladığı bildirildi.

  Məqalədə Tramp rəhbərliyinin İsrail və müttəfiqlərinin adından regiondakı fəaliyyətləri səbəbindən İranı cəzalandırmaq istədiyinə diqqət çəkildi.

 Yazıda bununla əlaqədar deyildi: "ABŞ rəhbərliyi Tehranı nüvə fəaliyyəti məsələsində sabiq prezident Barak Obama administrasiyası ilə müqayisədə daha sərt şəkildə nəzarət altına almağa çalışır".

 Məqalədə, eyni zamanda, İrana qarşı tətbiq olunan sanksiyaları artaraq davam etməsinin ABŞ üçün təhlükəli bir miqyas aldığı fikri bu şəkildə ifadə edildi: "Bu provokasiyaedici sanksiyalar İranı yenidən böyük ölçüdə uran zənginləşdirməyə və ABŞ-ın cavab verməsini zəruriləşdirən, amerikalılara  qarşı mümkün təcavüzə səbəb ola bilər. ABŞ-ı prezident Trampın qarşısını almağa çalışdığını söylədiyi yeni bir Orta Şərq müharibəsinə sövq edə bilər".

 Tehran rəhbərliyinin sanksiyalara qarşı ilkin mərhələdə Trampın yenidən seçilməyəcəyi ümidi ilə gələn 18 ay ərzində gözləməyə üstünllük verə biləcəyinə diqqət çəkilən məqalədə Trampın təkrar seçilməsi vəziyyətində İranın sərt cavab verə biləcəyi, belə vəziyyətdə Trampın bu hücumları görməməzliyə vurmaq, və ya cavab verərək yeni bir müharibəyə başlamaq arasında seçim etmək məcburiyyətində qala biləcəyi qeyd edildi.

 Məqalədə  Tramp rəhbərliyinin  hərbi münaqişənin ola biləcəyinə ehtimal vermədiyi də ifadə edildi.



Әlaqәli Xәbәrlәr